Aftandil Hacıyev: "İki qol buraxmağımız səhvlərimizdən xəbər verir"

19:13 - 10 Fevral 2019

Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində “Bayıl Arena”da “Zirə”yə 0:2 məğlub olan “Səbail”in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib.

 

Sportal.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

 

- Stadiona gələn azarkeşlər maraqlı futbol izlədilər. Qapımızda iki qol görmüşüksə, bu, səhvlərimizdən xəbər verir. Ancaq yetirmələrimin oyunundan razıyam.

 

- Komandanız ən yaxşı oyununu keçirdi. Maraqlıdır ki, dəfələrlə qələbəyə layiq fujtbol göstərməyib 3 xalı əldə etmisiniz. Bu gün isə tam əksinin şahidi olduq: parlaq futbol və məğlubiyyət. Nə mane olur ki, həm parlaq futbol oynayasınız, həm də 3 xalı qazanasınız?

-  Məncə, dediyiniz şəklidə də qələbələrimiz olub. Erkən qol buraxdıq. Bu da futbolçularımıza müəyyən təsirini göstərdi. Həm parlaq futbol sərgiləmək, həm də qalib gəlmək üçün müəyyən zamana ehtiyac var. Yeni komandayıq. Zamanla bunun da öhdəsindən gələrik.

 

- Elvin Yunuszadə qırmızı vərəqə aldıqdan sonra da, meydanın ərazisini tərk etməyibmiş...

- Qırmızı vərəqəyə görə ona cəza verilməyəcək. Ancaq məyusuq ki, onun xidmətindən növbəti turda istifadə edə bilməyəcəyik. O ki qaldı son saniyələrdə polislərlə münaqişəsinə, həmin vaxt fikrim oyunda olub və bunu görməmişəm. (sport24.az)

Xəbər xətti