“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt klubu nigeriyalı hücumçu Oke Akpovetanı heyətinə qatıb. Akpoveta ilə 2019-cu il mayın 31-dək müqavilə imzalanıb.
Qeyd edək ki, Akpoveta vaxtilə Azərbaycanda “Rəvan”ın da formasını geyinib. 27 yaşlı forvard 2014-cü ildə paytaxt klubunda 11 oyuna 1 qol vurub. 2017-ci ildə İsveçin “Helsinqborq” klubunda forma geyinən Oke, ötən ili də bu ölkənin digər təmsilçisi “Eskilstuna”da keçirib.
saytlarin hazirlanmasi