Azərbaycan Premyer Liqasının 17-ci turunun “Səbail” – “Sabah” matçında meydan sahiblərinin səhlənkarlığı səbəbindən 1-ci hissə 3, 2-ci hissə 9 dəqiqə gec başlayıb.
Sportal.az xəbər verir ki, bununla bağlı, Hakimlər-Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub. Bunu nəzərə alaraq İntizam Komitəsi protokola əlavə edib.
Qərara əsasən matçın başlama saatını təyin olunduğu vaxtdan və fasilədən sonra gecikdirdiyinə görə “Səbail” klubu 2400 manat cərimə olunub.
saytlarin hazirlanmasi