Fevralın 21-də U-16 Liqasında 19-cu turun oyunları keçiriləcək. Turun ən maraqlı və eyni zamanda mərkəzi görüşü «Neftçi Baza»da baş tutacaq. Liderlərdən biri «Sabah» yüksəlişdə olan «Neftçi»ni qəbul edəcək. 18 turda qapısında cəmi 8 qol görən, bu göstərici ilə çempionatda ən etibarlı müdafiə xəttinə malik olan və son turlar uğurlu qrafik cızan «Neftçi»nin bu dəfə «Sabah»ı büdrədib-büdrətməyəcəyini oyundan sonra biləcəyik. Digər iddialı «Keşlə» haqqında isə indidən bildiklərimiz var. Cəmi 4-5 tur əvvəl çempionluğa ən real namizədlərdən olan «Keşlə» bu il keçirdiyi 4 oyunda 4 xal qazanmaqla çempionluq yarışından uzaq düşüb. Üstəlik, komanda faktiki «yarımcan» vəziyyətdədir. Əsas heyət üzvlərinin yarıdan çoxu zədədən əziyyət çəkir. Komanda «Sumqayıt»la oyunda qalib gələ bilməsə, indidən əlini çempionluqdan üzməsi yaxşıdır.
Medallara iddialı olanlardan «Qəbələ» və «Səbail»in bu həftə asan qələbə qazanacağı gün kimi aydındır. Əyalət təmsilçisi zəif «Turan Tovuz»un qonağı olacaq. Bakılılar isə autsayder ROİL-i qəbul edəcəklər. Yalnız «Zirə»ni bir qədər çətin sınaq gözləyir. Cəfər Hüseynovun yetirmələri «Qarabağ»la yanaşı «Sərhədçi» OİK-nin standarta uyğun gəlməyən meydanı ilə də mübarizə aparmalı olacaqlar.
19-cu tur
21 fevral
13:00 «Keşlə» - «Sumqayıt» («ASK Arena», 4-cü meydan)
13:00 «Səbail» - ROİL («Bayıl Arena»)
14:00 «Neftçi» İK İB – «Viləş» (Lökbatan OİK-nin meydanı)
14:00 İsgəndər Cavadov BFA – Gəncə TİM (Abşeron OİK-nin meydanı)
14:00 «Qarabağ» - «Zirə» («Sərhədçi» OİK-nin meydanı)
15:00 «Turan Tovuz» - «Qəbələ» (Tovuz şəhər stadionu)
16:00 «Sabah» - «Neftçi» («Neftçi Baza»)
Cəza səbəbindən turu buraxacaq futbolçular: Vaqif Həsənov («Keşlə»), Elnur Mirzəyev («Zirə»), Ramiz Qasımov («Viləş»), Musa Musazadə («Qərəbəğ»).
Bombardirlər: Mehrac Baxşəliyev («Qəbələ») – 22 qol, Rauf Ağasənov («Səbail») – 20 qol.
«Het-trik news» qəzeti
saytlarin hazirlanmasi