Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Liverpul"la 0:0 hesablı heç-heçə edən Münhen "Bayern"inin baş məşqçisi Niko Kovaç açıqlama verib.
Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ev oyununda daha yaxşı oynayacaqlarını deyib:
"İlk hissədə çox çətinlik çədik, lakin fasilədən sonra yaxşı oyun nümayiş etdirdik. Sonuncu dəfə hansı komanda "Liverpul"la səfər matçında 90 dəqiqə qol buraxmadan uduzmayıb? Komandam kompakt oynadı. Qol vurmasaq da, qapımızı toxunulmaz saxladıq. Evdə daha yaxşı oynayacağıq. Çünki 75 min azarkeşin dəstəyini hiss edəcəyik. Cavab görüşündə yaxşı hücumlar təşkil edəcəyik".
Qeyd edək ki, "Bayern" - "Liverpul" oyunu martın 13-də baş tutacaq.
saytlarin hazirlanmasi