"Real"ın qapıçısı Tibo Kurtunanın eşq həyatı yaşadığı bəlli olub.
Sportal.az xəbər verir ki, belçikalı qolkiper ispaniyalı model Alba Karilyo ilə sevgilidir. 32 yaşlı model Kurtua ilə sevgili olduğunu təsdiq edib: "Bir-birimizi daha yaxından tanımağa çalışırıq. Hazırda çox xoşbəxtəm".
Karilyo daha öncə ispan tennisçi Felisiano Lopeslə evli olub və 3 il onunla birgə yaşayıb. Kurtua isə Marta Dominqesdən bir müddət əvvəl ayrılıb. Belçika millisinin üzvü iki uşaq atasıdır.
saytlarin hazirlanmasi