"Səbail"də Vüqar Bəybalayev şoku

16:47 - 2 Mart 2019

Premyer Liqanın 19-cu turunda "Sumqayıt"ı qəbul edən "Səbail" şok itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, "dənizçilər"in futbolçusu Vüqar Bəybalayev qonaqların yarımmüdafiəçisi Əli Babayevlə toqquşma zamanı ağır zərbə alıb. Meydanda huşsuz vəziyyətdə qalan 25 yaşlı yarımmüdafiəçini özünə gətirmək üçün hər iki komandanın həkimləri yardım olub. Bir neçə dəqiqədən sonra özünə gələn Vüqarı xərəklə meydandan aparıblar. Onun əvəzinə isə meydana Ədilxan Qarəhmadov daxil olub.

 

Qeyd edək ki, matçda hələ ki, hesab açılmayıb.

Xəbər xətti