Son dünya çempionatında və Millətlər Liqasında uğursuz çıxış edən Almaniya yığmasının baş məşqçisi Yoahim Löv heyəti yeniləyəcək.
Sportal.az xəbər verir ki, mütəxəssis bundan sonra Toma Müller, Mats Hummels və Jerom Boatenqi yığma komandaya dəvət etməyəcəyini bildirib: "2019-cu ilə yeni başlamışıq. Öz düşüncələrim var. Bundan əvvəl çox uğurlu illər keçirmişik. Artıq komandaya yeni görüntü qazandırmaq zamanıdır. Gənc futbolçuların inkişaf etməsi üçün belə bir qərar verdik. Məsulliyəti də hiss edirik".
Qeyd edək ki, Müller 100, Boatenq 78, Hummels isə 70 dəfə yığmanın formasını geyinib.
saytlarin hazirlanmasi