"Borussiya"dan geri dönüş VİDEO

00:29 - 17 Mart 2019

Almaniya Bundesliqasında 26-cı turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, Dortmund "Borussiya"sı səfərdə "Herta"nı 3:2 hesabı ilə məğlub edib.

 

Bundesliqada turnir cədvəlinə 60 xalla Dortmund "Borussiya"sı başçılıq edir. Bir oyunu ehtiyatda olan Münhen "Bayern"i 57 xalla 2-ci, "Leyptsiq" 49 xalla 3-cüdür. 35 xalı olan "Herta" 10-cu sırada qərarlaşıb.

 

"Herta" - "Borussiya" - 2:3
Qollar
: Salamun Kalu, 4, 35 (pen.) - Tomas Dileyin, 14, Dan Aksel Zaqadu, 47, Marko Roys, 90+2
Qırmızı vərəqələr: Cordan Torunariqa, 85, Vedad İbişeviç, 90+5 (hər ikisi "Herta")

 

 

 

Xəbər xətti