Azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” klubunun yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, Rusiya təmsilçisi Vadim Evseyevə tapşırılıb. 43 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. “Ufa”da bir neçə gün əvvəl baş məşqçi Dmitri Kiriçenkonun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Azər Əliyev 2018-ci ilin avqustundan “Ufa”da forma geyinir. Onun komandası Rusiya Premyer Liqasında 20 turdan sonra 16 xalla 15-ci pillədə yer alıb.
saytlarin hazirlanmasi