Almaniya Futbol Federasiyasının prezidenti Reynhard Qrindel istefa verib.
Sportal.az xəbər verir ki, buna onun vəzifəsindən sui-istifadə etməsi səbəb olub. Bir müddət öncə Qrindelin Ukrayna Futbol Federasiyasının prezidenti Qriqori Surkisin ad günü münasibətilə ona hədiyyə etdiyi 78 min avroluq saatı qəbul etməsi narazılıqlara səbəb olmuşdu. Qaydalara görə, o, bu barədə ya yerli federasiyanı məlumatlandırmalı və ya həmin saatı qəbul etməməliydi. Ancaq bahalı hədiyyə aldığını gizlədən və bu səbəbdən yerli media tərəfindən ciddi tənqid və təzyiqlərlə üzləşən futbol funksioneri istefa verməli olub.
Qeyd edək ki, Qrindel 2016-cı ildən bu vəzifədə idi.
saytlarin hazirlanmasi