U-16 Liqası: "Gümüş"ün taleyi "Şəfa"da həll olunacaq

00:53 - 3 Aprel 2019

Bu gün U-16 Liqasında 24-cü tura start veriləcək. İlk oyun gününə cəmi 1 qarşılaşma təyin olunub. Gəncədə yerli TİM-nin komandası «Turan Tovuz»u qəbul edəcək. Qalan 6 oyundan 5-i sabah keçiriləcək. Turun bağlanış matçı isə cümə günü olacaq.

 

Turun mərkəzi oyunu «Şəfa»da baş tutacaq. Ötən tur səfərdə «Səbail»i məğlub edərək 3-cü pillədə möhkəmlənən «Keşlə» «Sabah» səddini keçməyə çalışacaq. Əgər bu baş verərsə, o halda «Keşlə» çempionatın başa çatmasına 2 tur qalmış 2-ci yerə yüksələrək gümüş medallara ən real namizəd olacaq. Əks halda «Sabah» 2-ci yeri böyük ölçüdə özünə təmin edəcək. Bundan başqa xal itkisi «Keşlə» üçün əlavə təhlükə yarada bilər. Belə ki, komandanı izləyənlər xal fərqini azalda bilərlər və növbəti 2 oyunun birində büdrəmə «Keşlə»ni 3-cü yerdən də edə bilər.

 

24-cü tur
03 aprel (çərşənbə)

 

14:00 Gəncə TİM – «Turan Tovuz»
(Gəncə TİM-nin meydanı)

 

04 aprel (cümə axşamı)

12:00 «Zirə» - İsgəndər Cavadov BFA 
(Aviasiya Akademiyasının stadionu)

 

13:00 «Keşlə» - «Sabah»
(«ASK Arena», 4-cü meydan)

 

13:00 «Qəbələ» - «Viləş»
(Qəbələ şəhər stadionu)

 

14:00 «Sumqayıt» - «Neftçi» İK İB 
(Sumqayıt, «Kapitalbank Arena»)

 

14:00 «Qarabağ» - «Səbail» 
(«Sərhədçi» OİK-nin meydanı)

 

05 aprel (cümə)
12:00 ROİL – «Neftçi»

(Aviasiya Akademiyasının stadionu)

 

Cəza səbəbindən turu buraxacaq futbolçular: Bəhruz Tanrıverdiyev («Sabah»), Ömər Əhmədli («Səbail»), Səyyad Xantəmirov (ROİL)

 

Bombardirlər: Mehraç Baxışəliyev («Qəbələ») – 28 qol, Rauf Ağasənov («Səbail») – 26 qol, Vaqif Həsənov («Keşlə») – 19 qol.

 

«Het-trik news» qəzeti

 

Xəbər xətti