“Sabah” Futbol Klubu bu il 7-ci dəfə təşkil olunacaq “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsinin iştirakçısı olacaq.
Sportal.az xəbər verir ki, Mayın 28-dən iyunun 2-dək, İspaniyanın paytaxtı Madriddə baş tutacaq idman turnirində bu klubun üzvləri də iştirak edəcək.
Turnir 2013-cü ildən təşkil edilir. Yarışda bir çox ölkədən gəlmiş 12 yaşadək uşaqlar müxtəlif komandalara bölünürlər. Komandalar qrup və pley-off oyunlarından sonra qalibi müəyyənləşdirirlər.
Yarışın builki iştirakçıları Çempionlar Liqasının 2018/19 mövsümünün “Vanda Metropolitano” stadionunda baş tutacaq final görüşünə canlı baxmaq imkanı qazanacaqlar.
“Sabah”ın “Dostluq üçün futbol” sosial layihəsində kimlərlə təmsil olunacağı barədə qarşıdakı günlərdə məlumat veriləcək.
saytlarin hazirlanmasi