Almaniya klubunun prezidenti: "Azərbaycan klublarına qarşı oynamaq fayda verməz"

14:27 - 5 Aprel 2019

"Avropa Liqası-2 bizə lazımdırmı? Mən buna ehtiyac görmürəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri Almaniyanın "Maynts" klubunun prezidenti Stefan Hofmann deyib.  

 

UEFA -nın qarşıdakı illərdə tətbiq edəcəyi yeniliklərə münasibət bildirən klub rəhbəri bəzi format dəyişikliklərinin mənasız olduğunu bildirib. O, 2021/22 mövsümündən başlayacaq Avropa Liqası-2-də Azərbaycan kimi ölkələrin komandaları ilə oynamağın faydasız oldununu qeyd edib: "Ölkə çempionatında 7-ci yer uğrunda mübarizə aparmalısan ki, 2-ci və ya 3-cü təsnifat mərhələsində Azərbaycan, Qazaxıstan kimi ölkələrin klubları ilə qarşılaşasan. Bunu əlavə üstünlük saymıram. Bu ölkələrin klublarına qarşı oynamaq bir fayda verməz". 

 

O, həmçinin Çempionlar Liqasının formatının dəyişdirilməsi məsələsinə də toxunub: "Dünya çempionatında 48 komanda iştirak edəcək və Çempionlar Liqasının formatı dəyişəcək. Bu sistemlərin uğurlu olub-olmadığını zaman göstərəcək. Düşünürəm ki, bunlara gərək yoxdur. Fikrimcə, oyunlarda azarkeş coşğusu itəcək, onlar bu qarşılaşmalardan sıxılacaq". 

 

Qeyd edək ki, "Maynts" Avropa Liqasının 2016-2017 mövsümündə "Qəbələ" ilə eyni qrupda mübarizə aparıb. Təmsilçimiz kimi Almaniya klubu da qrupda qalıb.

Xəbər xətti