"Qəbələ" "U12 Izmir Cup" beynəlxalq turnirində ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, rəqib Belçika təmsilçisi "Brügge" olub.
"Qırmızı-qaralar" qara sarğı ilə çıxdığı görüşdə rəqibi ilə qolsuz bərabərə qalıb. Komanda növbəti oyununu bu gün Portuqaliya "Benfika"sına qarşı keçirəcək.
Qeyd edək ki, "Brügge"yə qarşı oyun bir dəqiqəlik sükutla başlayıb. Hər iki komanda baş hakimin müşayiətilə Aprel döyüşlərindəki şəhidlərimizin xatirəsini yad ediblər.
saytlarin hazirlanmasi