Rusiyanın "Spartak" klubu qalmaqala səbəb olan azərbaycanlı futbolçusu Ayaz Quliyevi cəzalandırıb.
Sportal.az sport24.ru-ya istinadən xəbər verir ki, Moskva klubu 22 yaşlı yarımmüdafiəçini 5 milyon rubl (77 min avro) cərimə edib. Quliyev komandanın ikinci heyətinə göndərilib. O, əvəzedici heyətdə yalnız məşqlərdə iştirak edəcək. Ona oynamağa icazə verilməyib.
Ayazın aylıq məvacibi 6 milyon rubldur.
Qeyd edək ki, Ayaz Quliyev ötən gün komandanın məşqinə gedərkən maşınla qırmızı işıqda yolu keçərkən amerikalı turistə toxunub. O, maşından düşərək həmin şəxsin burnunu qırıb. Amerika vətəndaşı Ayazdan pul alıb və onu polisə şikayət etməyib.
saytlarin hazirlanmasi