Rusiya Premyer Liqasında 23-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, lider "Zenit" evdə "Anji"ni 5:0 hesabı ilə məğlub edib.
Premyer Liqanın turnir cədvəlinə 48 xalla "Zenit" başçılıq edir. "Lokomotiv"lə "Krasnodar" 42 xalla 2-3-cü yerləri bölüşür. ÇSKA 40 xalla 4-cü, "Spartak" 36 xalla 5-ci, "Rostov" 35 xalla 6-cıdır. 19 xalı olan "Anji" 15-ci sırada qərarlaşıb.
"Zenit" - "Anji" - 5:0
Qollar: Sərdar Azmun, 2, Branislav İvanoviç, 9, Emiliano Riqoni, 83, Sebastian Driussi, 88, 89
saytlarin hazirlanmasi