Almaniya Bundesliqasının lideri "Bavariya" ciddi itkiylə üzləşib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin qolkiperi Manuel Noyer zədələnib. Bundesliqanın 29-cu turunda "Fortuna" ilə səfərdə keçirilən görüşdə ayağından zədələnən qapıçı 2 həftəlik sıradan çıxıb.
33 yaşlı əlcək sahibi "Verder" və "Nürnberq"lə oyunlarda iştirak etməyəcək.
saytlarin hazirlanmasi