Sabah U-16 Liqasında sonuncu – 26-cı tur start götürəcək. İlk oyun günü cəmi 1 matç baş tutacaq. «Sabah» «Turan Tovuz»un qonağı olacaq.
Əslində, bu oyun aprelin 18-i keçirilməliydi. «Sabah»ın mükafatçılar sırasına düşməsi və səfərdə oynaması nəzərə alınaraq oyun bir gün əvvələ çəklidi. Bu da səbəbsiz deyil. Aprelin 18-də «ASK Arena»da «Keşlə» - İsgəndər Cavadov BFA matçından sonra «Sabah»la yanaşı digər mükafatçı olan «Keşlə»nin təltifetmə mərasimi keçiriləcək. Hansı komandaya hansı əyar medalın veriləcəyi isə hələ tam bəlli deyil. «Sabah»ın gümüş, «Keşlə»nin isə bürünc medal qazanacağı daha inandırıcıdır. O ki qaldı çempionun təltifetməsinə, «Qəbələ» doğma məkanda ROİL-lə oyundan sonra mükafatına qovuşacaq. Əgər autsayder Qəbələyə səfər etsə…
Turun ən maraqlı matçı aprelin 18-də olacaq. Mərkəzi oyunda «Zirə» «Neftçi»ni qəbul edəcək. 4-cü yer baxımından bu oyun çox əhəmiyyətlidir.
17 aprel (çərşənbə)
12:00 «Turan Tovuz» - «Sabah» (Tovuz şəhər stadionu)
18 aprel (cümə axşamı)
12:00 «Zirə» - «Neftçi» (Aviasiya Akademiyasının stadionu)
12:30 «Sumqayıt» - «Viləş» (Sumqayıt, «Kapital Bank Arena»)
13:00 «Keşlə» - İsgəndər Cavadov BFA («ASK Arena», 4-cü meydan)
14:00 «Qarabağ» - «Neftçi» İK İB («Sərhədçi» OİK-nin meydanı)
14:00 «Qəbələ» - ROİL (Qəbələ şəhər stadionu)
15:00 Gəncə TİM – «Səbail» (Gəncə TİM-nin meydanı)
Cəza səbəbindən turu buraxacaq futbolçular: Musa Musazadə («Qarabağ»), Nurəli Nurəliyev («Zirə»), Məhəmməd Mehtiyev, Anar Şirvanlı (hər ikisi «Viləş»).
Bombardirlər: Mehraç Baxışəliyev («Qəbələ») – 31 qol, Rauf Ağasənov («Səbail») – 27 qol, Vaqif Həsənov («Keşlə») – 22 qol.
«Het-trik news» qəzeti
saytlarin hazirlanmasi