Azərbaycanlı futbolçu döydüyü şəxsə şikayətini geri götürmək üçün nə qədər ödəyib?

12:21 - 17 Aprel 2019

Rusiyanın "Spartak" klubunda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyevin iştirakı ilə baş verən qəzanın detalları bəlli olub. 

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi idarə etdiyi “Mercedes” markalı avtomobillə ABŞ vətəndaşı, 29 yaşlı Maykl Kou Con Eliyə heç bir xəsarət törətməyib. Lakin daha sonra tərəflər arasında dava düşüb. ABŞ vətəndaşına burun sümüklərinin sınması diaqnozu qoyulub. 

 

23 yaşlı futbolçu zərərçəkənə şikayətindən imtina etməsi üçün 155 min rubl ödəyib. Buna baxmayaraq, Maykl Kou Con Elini xəstəxanada müayinə olunmaq və futbolçudan böyük məbləğ tələb etmək niyyətindədir. 

 

Qeyd edək ki, Ayaz Quliyev aprelin 11-də Moskvanın Krasnoprudnaya küçəsində idarə etdiyi “Mercedes” markalı avtomobillə işıqforun qırmızı işığına məhəl qoymayaraq piyada xəttini keçən ABŞ vətəndaşı, 29 yaşlı Maykl Kou Con Eliyə toxunub. Daha sonra maşınından düşən yarımmüdafiəçi onunla mübahisə edib və yumruq zərbəsi ilə burnunu qırıb. "Spartak" klubu futbolçunu heyətdən kənarlaşdırıb və onu cərimələyib. 

Xəbər xətti