Qış fasiləsində Türkiyənin "Qalatasaray" klubununda Almaniya Bundesliqa təmsilçisi "Ştutqart"a transfer olunan Ozan Kabakla bağlı yeni məlumat yayılıb.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, "Ştutqart" II Bundesliqaya yuvarlansa, türkiyəli futbolçunun sərbəst qalma qiyməti 15 milyon avro olacaq. Xəbərdə bu məbləğin Avropanın böyük klublarının diqqətini çəkəcəyi vurğulanıb.
"Ştutqart" Ozanı "Qalatasaray"dan 11 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü Bundesliqada 11 oyuna 3 qol vurub.
Qeyd edək ki, "Ştutqart" Bundesliqanın turnir cədvəlində 29 oyundan sonra 21 xalla 16-cı sırada qərarlaşıb.
saytlarin hazirlanmasi