"Krılya Sovetov"un baş məşqçisi Miodraq Bojoviç Rusiya Premyer Liqasının 24-cü turunda "Dinamo" ilə matçda (0:1) Azərbaycan millisinin üzvü Ramil Şeydayevi 68-ci dəqiqədə əvəzlənməsindən danışıb.
Sportal.az xəbər verir ki, 50 yaşlı monteneqrolu mütəxəssis klubun rəsmi saytına açıqlamasında bunları deyib:
"Heyətimizdə çox hücumçu var. "Dinamo" yaxşı pressinq edirdi. Ancaq biz bunu edə bilmirdik. Şeydayev niyə əvəzləndi? Düşündük ki, Kornilenko ilə hücumumuz güclənəcək".
“Krılya Sovetov” Premyer Liqanın turnir cədvəlində 27 xalla 12-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi