Rusiya Premyer Liqasında 24-cü tura yekun vurulub.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva "Spartak"ı evdə "Yenisey"i 2:0 hesabı ilə məğlub edib.
Ayaz oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Quliyev 83-cü dəqiqədə komandasının 2-ci qoluna imza atıb. 22 yaşlı yarımmüdafiəçi Luis Adrianonun ötürməsindən fərqlənib.
"Spartak" 39 xalla Premyer Liqanın turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Lider isə aktivində 51 xal olan "Zenit"dir.
saytlarin hazirlanmasi