Rahid Əmirquliyev iddialı danışdı: "Yalnız qələbə qazanmaq fikrindəyik"

15:00 - 25 Aprel 2019

“Səbail”in kapitanı Rahid Əmirquliyev Premyer Liqanın 26-cı turunda “Qəbələ” ilə qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, klubun saytına danışan Əmirquliyev bunları deyib:

 

“Hər oyuna ciddi hazırlaşırıq, amma qarşıdakı matçın xüsusi əhəmiyyətə malik olduğunu qəbul edirəm. Əgər üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq. Biz yalnız qələbə qazanmaq fikirindəyik”.

 

“Səbail” – “Qəbələ” matçı aprelin 26-da, saat 17:30-da start götürəcək.

Xəbər xətti