Azərbaycan Premyer Liqasının 26-cı turunda evdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edən "Səbail"in baş məşqçisi Aftandil Hacıyev oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb: "Mövsümün ən vaxib qələbəsini əldə etdik. Sakit və təmkinli oynadıq. Futbolçuları və azarkeşləri təbrik edirəm. Fanatlarımızın sayı artır və buna sevinirik".
Hacıyev bürüncü medalı təmin etmədiklərini və hər şeyə son turda aydınlıq gələcəyini deyib: "Hələ bürünc medalı təmin etdiyimizi demək tezdir. Sona 2 tur qalıb və "Qəbələ"dən 5 xal öndəyik. Ancaq növbəti turda "Qarabağ"la oynayacağıq. Buna görə də hər şey son tura da qala bilər".
Gənc mütəxəssis yay transferləri planlar qurmadığnı deyib: "Mövsüm bitdikdən sonra rəhbərliklə müzakirələr olacaq. Büdcə və transferlərlə bağlı danışıqlar olacaq. Aleksandr Rıbkanın zədəsi ciddi olsa, tək Elxan Əhmədovun ümidinə qala bilmərik və buna görə də qapıçı alınacaq".
saytlarin hazirlanmasi