İspaniya La Liqasında 2018/19 mövsümünün qalibi bəlli olub.
Sportal.az xəbər verir ki, "Barselona" 35-ci turda "Levante"yə 1:0 hesabı ilə qalib gələrək çempionluğu rəsmiləşdirib.
Xallarını 84-ə çatdıran katalonlar ikinci pillədəki "Atletiko"nu 9 xal qabaqlayır və şəxsi oyunlarda rəqibindən üstündür.
Bu, "Barselona"nın 26-cı ölkə çempionluğu olub.
"Barselona" - "Levante" - 1:0
Qol: Lionel Messi, 62
saytlarin hazirlanmasi