Almaniya Bundesliqasında 31-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, hesabat turunda “Rur” derbisi baş tutub. “Siqnal-İduna Park”da Dortmundun “Borussiya” klubu “Şalke”yə 2:4 hesabı ilə uduzub. Derbi matçında dortmundluların iki futbolçusu qırmızı vərəqə alıb.
Bundesliqada turnir cədvəlinə 70 xalla Münhen "Bayern"i başçılıq edir. Dortmund "Borussiya"sı 69 xalla 2-ci, "Leyptsiq" 64 xalla 3-cü, "Ayntraxt" 54 xalla 4-cüdür. 30 xalı olan "Şalke" 15-ci sırada qərarlaşıb.
"Borussiya" - "Şalke" - 2:4
Qollar: Mario Qötse, 15, Aksel Vitsel, 84 - Daniel Kalicuri, 18 (pen.), 62, Salif Sane, 28, Bril Embolo, 86
Qırmızı vərəqələr: Marko Roys, 60, Marius Volf, 65
saytlarin hazirlanmasi