Almaniya Bundesliqasının 31-ci turunda "Rur" derbisində "Şalke"yə 2:4 hesabı ilə uduzan "Borussiya"nın baş məşçiqi Lyusen Favr açıqlama verib.
Sportal.az xəbər verir ki, 61 yaşlı mütəxəssis çempionluq mübarizəsinin başa çatdığını deyib:
"Bundesliqada çempionluq yarışı başa çatdı. Qəbul etmək çətindir, amma gerçək olan budur. Bu oyunu uduzmamalı idik".
Dortmund təmsilçisi lider "Bayern"dən 1 xal geri qalır. Münhen klubu bu gün səfərdə "Nürnberq"i məğlub etsə xal fərqi 4 olacaq.
saytlarin hazirlanmasi