"Barselona"nın hollandiyalı qapıçısı Yasper Sillessen klubda xoşbəxt olmadığını və klub axtarışında olduğunu açıqlayıb.
Sportal.az "Sport"a istinadən xəbər verir ki, Kataloniya klubunda Mark-Andre ter Şteqenin kölgəsində qalan 30 yaşlı əlcək sahibi daha çox oynaya biləcəyi yerə getmək istədiyini bildirib: "Mövsüm başa çatan kimi istirahətə yollanacam. Daha sonra isə oynaya biləcəyim yeni bir klub tapacağıma ümid edirəm. Artıq oynamaq istəyirəm".
2016-cı ildə "Ayaks"dan 13 milyon avroya trasnfer edilən Sillessenin "Barselona" ilə müqaviləsi 2021-ci ilə qədərdir. O, cari mövsüm 7 oyunda forma şansı qazanıb.
saytlarin hazirlanmasi