"Borussiya"nın iki futbolçusu cəzalandı

17:50 - 30 Aprel 2019

Almaniya Bundesliqasının 31-ci turunda "Rur" derbisində "Şalke"yə 2:4 hesabı ilə uduzan "Borussiya" ciddi itkilərlə üzləşib.

 

Sportal.az xəbər verir ki, derbidə qırmızı vərəqə alan Dortmund klubnun futbolçuları - Marius Volf 3, Markos Roysa 2 oyunluq cəza verilib. Volf cəza səbəbindən mövsümü başa vurub. Roys isə 34-cü turda Münhenqladbax "Borussiya"sına qarşı matçda meydanda olacaq.

 

Sona 3 tur qalmış "Borussiya" lider "Bavariya"dan 2 xal geri qalır.

Xəbər xətti