Messi möhtəşəm qolu şərh etdi: "Alisson əla sıçradı, şanslıyam"

17:55 - 2 May 2019

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda evdə "Liverpul"la oyunda (3:0) dubl edən "Barselona"nın hücumçusu Lionel Messi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, argentinalı ulduz matç barədə danışıb: "Çox danışmağa ehtiyac yoxdur. Yaxşı nəticə qazandıq, əla oynadıq. Bu nəticə bizi qane edir, xoşbəxtik. Yüksək templi və fiziki güc tələb edən oyun oldu. Alışdığımız oyun sistemi deyildi. Buna görə də bir az yorğunam".

 

Messi cərimə zərbəsindən vurduğu qolu şərh edib: "Zərbədən sonra Alisson Bekerə baxdım. Topa inanılmaz dərəcədə sıçradı. Tam küncə getdiyi üçün şanslıyam".

Xəbər xətti