İspaniyanın "Real" klubu transfer hədəfində olan "Tottenhem"in ulduzu Kristian Eriksenlə bağlı yeni iddia yayılıb.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubu danimarkalı futbolçu ilə razılığa gəlib. "Kral klubu" transfer məsələsində "Tottenhem"lə qısa zamanda görüşəcək və bütün şərtlərdə anlaşmağa çalışacaq.
Eriksenin "Tottenhem"dən illik 11 milyon avro maaş tələb etməsi London klubunu bu keçidə müsbət baxmağa məcbur edir.
"Ayaks"ın akademiyasında yetişən 27 yaşlı yarımmüdafiəçi 2013-cü ildən "Tottenhem"də çıxış edir. Danimarka milliisnin üzvü bu mövsüm 47 oyuna 9 qol vurub, 15 assist edib.
saytlarin hazirlanmasi