İspaniya milli komandasının və “Barselona”nın sabiq yarımmüdafiəçisi Xavi Ernandes mövsümün sonunda karyerasını başa vuracaq.
Sportal.az "The Peninsula"ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu Qətərin "Əl-Sədd" klubu ilə müqaviləsini uzatmayacağını və karyerasını mövsümün sonunda başa vuracağını deyib. Xavi məşqçi kimi fəaliyyət göstərmək istədiyini vurğulayıb.
Qeyd edək ki, Xavi 1998-2015-ci illər aralığında yetirməsi olduğu “Barselona”da çıxış edib.
saytlarin hazirlanmasi