“Səbail”in müdafiəçisi Emil Martinov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qarabağ”la qarşılaşacaqları oyun barədə fikirlərini bildirib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, bolqarıstanlı futbolçu oyuna hazır olacaqlarını deyib: "Rıbkanın zədələnməsi komandamız üçün böyük bir itkidir, ancaq hamımız Elxan Əhmədova inanırıq. O, bacarıqlı, sakit və özünə inamlıdır. “Qarabağ”la oyuna hazır olacağıq”.
“Qarabağ” – “Səbail” matçı mayın 5-i, saat 18:00-da keçiriləcək.
saytlarin hazirlanmasi