Almaniyanın "Bayern" klubunun hücumçusu Tomas Müllerlə bağlı transfer iddiası yayılıb.
Sportal.az "Kicker"ə istinadən xəbər verir ki, İtaliyanın "İnter" və "Milan" klubları almaniyalı futbolçunu transfer hədəfinə alıb. Xəbərdə Münhen klubunun yayda heyətdə dəyişiklər edəcəyi və Müllerin ayrılmaq istəyinə müsbət baxacağı vurğulanıb.
Müllerin "Bayern"lə 2021-ci ilə kimi müqaviləsi var. 29 yaşlı oyunçu bu mövsüm 41 oyuna 9 vurub, 14 assist edib.
saytlarin hazirlanmasi