"Real" Serbiya millisinin üzvüylə anlaşdı

13:21 - 4 May 2019

"Real" Almaniyanın "Ayntraxt" klubunun hücumçusu Luka Yoviçlə anlaşıb.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı hücumçunun transferi Madrid klubuna 60 milyon avroya başa gəlib. Serbiya millisinin üzvüylə 6 illik müqavilə imzalanıb.

 

Portuqaliyanın "Benfika" klubu Yoviçin transferindən 12 milyon avro yetişdirmə haqqı alacaq.

 

Gənc futbolçu bu mövsüm Frankfurt klubunda 44 oyuna 26 qol vurub, 7 assist edib.

Xəbər xətti