Xames Rodriqesin qeyri-müəyyən gələcəyi

14:33 - 4 May 2019

İcarə əsasında "Bayern"də çıxış edən kolumbiyalı futbolçu Xames Rodriqesin müqaviləsi mövsümün sonunda başa çatacaq.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Münhen klubu "Real"dan icarəyə götürdüyü futbolçunun transfer hüququna yiyələnmək istəmir. 27 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu "Real"a dönəcək. Nəşrin məlumatına görə, Xamesin Madrid təmsilçisinə dönüşü uzun müddətli olmayacaq.

 

"Kral klubu"nun baş məşqçisi Zinəddin Zidan Kolumbiya millisinin üzvünü gələcək planlarında görmür. Rodriqesin xidmətində "Mançester Yunayted"in maraqlı olduğu iddiaları var.

 

Xames Rodriqes 2014-cü ildə "Monako"dan "Real"a transfer olub. O, 2017-ci ildən "Bayern"də icarə əsasında çıxış edir.

Xəbər xətti