"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis oyunu şərh edib: "Oyun sönük keçdi. Yəqin ki, bu da arxayın olduğumuzdan irəli gəlirdi. 6-cı yerdən yuxarı qalxmaq üçün "Zirə"ni son turda məğlub etməliyik".
Əhmədov daxili nizam-intizam qaydalarını pozduğu üçün mövsümün sonunadək klubdan kənarlaşdırılmış Təmkin Xəlilzadə barədə bunları deyib: "Çempionat bitəndən sonra bu məsələyə baxılacaq. Qərarı klub rəhbərliyi verəcək".
saytlarin hazirlanmasi