"Qarabağ"a qarşı qırıq əllə oynayıb: "Allah məni sınayır"

11:01 - 7 May 2019

"Səbail"in futbolçusu Ruslan Qurbanov Premyer Liqanın 27-ci turunda "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları oyuna zədəli çıxıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçu meydana qırıq əllə çıxdığını sosial şəbəkə hesabında qeyd edib:

 

“Qarabağ”la qarşılaşmanın başlanmasına 5 dəqiqə qalmış təsadüfən paltardəyişmə otağında yıxıldım. Buna görə 90 dəqiqə qırıq əllə oynadım. Əlimdə çat var və artıq gips qoyulub. Bütün bunları ona görə yazıram ki, Ramazan ayı gəlib və istənilən vəziyyətdə Allaha minnətdaram. Deməli, hər bir işdə xeyir var və Allah məni sınayır. Hamının Ramazan bayramı mübarək!”

 

Xəbər xətti