Essyen "Səbail"dən ayrılır? - İndoneziyadan maraq var

11:19 - 7 May 2019

"Səbail"in ulduz futbolçusu Maykl Essyen sabiq klubu "Persib Bandunq"un maraq dairəsindədir.

 

Sportal.az indosport.com-a istinadən xəbər verir ki, İndoneziya təmsilçisinin baş məşqçisi Roberts Alberts qanalı futbolçunu kluba geri dönməsinə müsbət yanaşır.

 

Bu transfer üşün "Persib Bandunq" klubu "Səbail"ə təzminat ödəməlidir. 37 yaşlı yarımmüdafiəçinin paytaxt klubu ilə müqaviləsi 2020-ci ilin yayına qədərdir. Onun transfer qiyməti 500 min avro göstərilib.

 

Essyen cari mövsüm 3 oyun (128 dəqiqə) meydana çıxıb.

Xəbər xətti