Mamayevlə Kokorinə hökm oxundu

18:27 - 8 May 2019

Ötən ilin oktyabrın 11-də Rusiyanın Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pakı döyən "Zenit"in hücumçusu Aleksandr Kokorinlə "Krasnodar"ın yarımmüdafiəçisi Pavel Mamayevin bu gün məhkəməsi baş tutub.

 

Sportal.az sports.ru-ya istinadən xəbər verir ki, futbolçulara hökm oxunub. Moskvanın Presnenski məhkəməsi Kokorini 1 il 6 ay, Mamayevi 1 il 5 ay azadlıqdan məhrum edilməsi barədə qərar verib. Aleksandr Kokorinin qardaşı - Kiril Kokorin hadisə iştirakçısı olduğu üçün 1 il 6 ay, Aleksandr Protasovitski isə 1 il 6 ay azadlıqdan məhrum edilmə cəzası alıb.

 

Kokorin azadlığa çıxanda "Zenit"lə müqaviləsi başa çatmış olacaq və azad agent statusu daşıyacaq. "Krasnodar" isə Mamayevlə müqaviləni ləğv etmək istədiyini bəyan edib.

Xəbər xətti