Xuan Matanın "Barselona" arzusu

19:06 - 8 May 2019

"Mançester Yunayted"lə müqaviləsi mövsümün sonunda başa çatacaq Xuan Matanın gələcəyi qeyri-müəyyəndir.

 

Sportal.az "Sport" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "qırmızı şeytanlar"ın 1+1 illik müqavilə təklifini qəbul etməyib.

 

İspaniyalı futbolçu "Barselona"ya transfer olmaq üçün digər təklifləri qəbul etmir. Mata Kataloniya klubu ilə görüşdə 2+1 illik müqavilə bağlamaq istədiyini deyib.

 

Tərəflərin yenidən danışıqlar aparacağı qeyd edilib.

 

İspaniya millisinin üzvü 2014-cü ildən "Mançester Yunayted"də çıxış edir.

 

Xəbər xətti