"Barselona"nın baş məşqçisi Ernesto Valverde istefaya göndəriləcəyi ilə bağlı gəzən xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, 55 yaşlı mütəxəssis klubda qalmaq istədiyini deyib: "Özümü güclü hesab edirəm və hazırda yaxşıyam. Dayanmaq niyyətim yoxdur. Bir qayanın arxasında gizlənmək fikrim yoxdur. Klub prezidenti ilə görüşdüm və mənə olan dəstəyini hiss etdirdi".
"Barselona" cari mövsüm La Liqanın qalibi olub, Çempionlar Liqasında yarımfinala qədər irəliləyib. Kataloniyalılar İspaniya kubokunun finalında oynayacaq.
saytlarin hazirlanmasi