Premyer Liqada bürünc medalı qazanın "Səbail" klubu mövsümün ən yaxşılarını açıqlayıb.
Sportal.az xəbər verir ki, azarkeşlər klubun saytında keçirilən sorğuda mövsümün ən yaxşı futbolçusu adına ukraynalı qapıçı Oleksandr Rıbkanı layiq görüblər.
Futbolçular və məşqçilər arasında keçirilən sorğuya əsasən, Ağabala Ramazanov mövsümün ən yaxşı futbolçusu seçilib.
Ən yaxşı qolun müəllifi adını Rahid Əmirquliyev qazanıb. Onun Premyer Liqanın IV turunda "Zirə"nin qapısından keçirdiyi top səsvermədə 1-ci olub.
saytlarin hazirlanmasi