Daha bir il paytaxt klubunda

20:06 - 13 May 2019

"Səbail"də daha bir müqavilə qeydə alınıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi yarımmüdafiəçisi Vüqar Bəybalayevlə müqaviləni 1 il uzadıb.

 

"Dənizçilər" daha öncə Rahid Əmirquliyev, Ağabala Ramazanov, Aleksandr Rıbka və Şəhriyar Rəhimovla müqaviləni uzatmışdı.

 

Bəybalayev ötən yay "Sumqayıt"dan "Səbail"ə keçmişdi.

Xəbər xətti