Serxio Buskets: "Liverpul"un açdığı yara çox dərindir"

17:33 - 14 May 2019

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Serxio Buskets açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpul"a uduzduqları oyunun təsirindən çıxmadığını deyib: "İspaniya kubokunun finalı olacaq və ona köklənməliyik. "Liverpul"un açdığı yara çox dərindir. Ümid edirəm ki, klub, futbolçular və azarkeşlər qısa müddətdə özünə gələr. İndi edəcək bir şey yoxdur".

 

İspaniyalı futbolçu "Barselona"da cari mövsüm 52 oyuna 2 assist edib.

Xəbər xətti