İspaniyanın "Atletiko" klubunun yarımmüdafiəçisi Antuan Qrizmann klubdan ayrılmağa qərar verib.
Sportal.az xəbər verir ki, Fransa millisinin üzvü La Liqanın 38-ci turunda "Levante" ilə matçda son dəfə Madrid klubunun formasını geyinəcək.
Qrizmannın 125 milyon avroluq sərbəst qalma dəyəri mövcuddur. "Marca" nəşrinin məlumatına görə, "Barselona" bu məbləği ödəməyə hazırdır.
Fransalı hücumçu "Atletiko"nun sosial şəbəkə hesabında yayımlanan videoda klubdan ayrılacağını deyib: "Burada möhtəşəm 5 il keçirdim. Hər şey üçün təşəkkür edirəm".
Qrizmann "Atletiko"da 256 oyun keçirib. O, bu oyunlarda 133 qol vurub, 50 assist edib.
saytlarin hazirlanmasi