"Barselona"nın prezidentindən Valverde açıqlaması

10:46 - 17 May 2019

"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu komandanın baş məşqçisi Ernesto Valverdenin istefaya göndəriləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, klub rəhbəri 55 yaşlı mütəxəssislə yola davam edəcəklərini bildirib: "Valverde istədiyimiz baş məşqçidir. Mən və idarə heyəti baş məşqçinin arxasındadır. Ernesto ilə müqaviləmiz var. Bir illik müqaviləni uzatmaq bəndimiz var və bundan istifadə etmək fikrimiz var. Kral kubokunun finalından sonra nələr olacağını görəcəyik".

 

"Barselona" Ernesto Valverdenin rəhbərliyi altında La Liqanı qalib başa vurub. Kataloniyalılar Çempionlar Liqasının yarımfinalında ilk oyunda 3:0 hesabı ilə qalib gəldiyi "Liverpul"a cavab görüşündə məğlub olub (0:4) və mübarizəni dayandırıb.

Xəbər xətti