Massimiliano Alleqri ilə yolları ayıran "Yuventus"un "Mançester Siti"nin baş məşçisi Pep Qvardiola ilə danışıqlara başladığı iddia edilib.
Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi yayılan iddialara mübasibət bildirib:
"Neçə dəfə söyləməyim lazımdır? Turinə köçməyəcəm. "Mançester Siti"də çalışdığım üçün xoşbəxtəm. Bu mövsüm belə hiss edirəm, gələn il necə hər şey dəyişə bilər. Gələn mövsüm yaxşı olmaya bilər, ancaq mən komandada çalışmağa davam edəcəm".
48 yaşlı mütəxəssis "Atletiko"dan ayrılacağını bəyan edən Antuan Qrizmannla maraqlanmadıqlarını deyib:
"Barselona" Qrizmannı ala bilər, ancaq biz onunla maraqlanmırıq. Qrizmannı almaq üçün pulunuz olmalıdır. Bizim o qədər pulumuz yoxdur".
saytlarin hazirlanmasi