"Barselona"nın baş məşqçisi olacağı iddia edilən Xavi Hernandes açıqlama verib.
Sportal.az xəbər verir ki, veteran futbolçu sabiq klubunu çalışdırmağa hazır olmadığını deyib:
"İndi "Barselona"nın baş məşqçisi ola bilmərəm. Bu, normal vəziyyət olmaz. Bir baş məşqçi kimi özümü sübut etməliyəm və sıfırdan başlamalıyam. La Liqaya dönmək və ya "Barselona"nı çalışdırmaq mənim üçün çox erkən olar. Bir gün "Barselona"nın baş məşqçisi olmaq istəyirəm, amma bunun üçün daha öncə hazır olmalıyam".
39 yaşlı yarıımüdafiəçi "Barselona"nın yetirməsidir və 2015-ci ilə qədər katalonların şərəfini qoruyub. İspaniya millisinin üzvü mövsümün başa çatması ilə karyerasına son qoyub. Xavi son dəfə Qətərin "Əl-Sədd" klubunda çıxış edib.
saytlarin hazirlanmasi